Bank Of Baku

Səid Muğanlı Təbriz mərkəzi həbsxanasının narkomanlar yatan bölməsinə köçürülüb

Səid Muğanlı Təbriz mərkəzi həbsxanasının narkomanlar yatan bölməsinə köçürülüb
# 03 iyul 2012 11:20 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Hazırda Təbriz mərkəzi həbsxanasında 6 aylıq həbs cəzasını çəkən tanınmış şair-publisist, jurnalist Səid Muğanlı narkomanlar saxlanılan bölməyə köçürülüb. APA-nın məlumatına görə, bu barədə onun özü ailəsi ilə telefon danışığı zamanı bildirib.

Qeyd edək ki, Səid Muğanlı (Beytullah Məhəmmədi) Təbriz İnqilab Məhkəməsi tərəfindən İrandakı mövcud quruluşun əleyhinə şeirlər yazmaqda ittiham olunaraq 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, “Yaşmaq”, “Yarpaq” və qapadılmış aylıq “Dilmac”, dərgisinin ədəbi redaktoru, eyni zamanda “Azəri”, “Aftab-i Azərbaycan” və s. qəzet və dərgilərin redaksiya heyətinin üzvü olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR