Bank Of Baku

İran Almaniyaya nota verməyə hazırlaşır

İran Almaniyaya nota verməyə hazırlaşır
# 05 iyul 2012 11:49 (UTC +04:00)
Almaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Bakı. Könül Cəfərli – APA. Almaniyanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın İRNA-ya istinadən məlumatına görə, buna səbəb İranın Frankfurt şəhərindəki Baş Konsulluğunda fəaliyyət göstərən diplomata qarşı alman polisinin kobud rəftar etməsidir. Məsələ ilə bağlı açıqlama verən İran xarici işlər nazirinin müavini Həsən Qəşqavi bildirib ki, iranlı diplomat işdən çıxıb evə gedərkən əvvəlcədən hazırlanmış ssenariyə uyğun olaraq Afrika əslli bir qadının hücumuna məruz qalıb: “Almaniya polisi isə təcavüzkar tərəfə kobud rəftar etmək əvəzinə, diplomatik ənənəyə zidd olaraq Baş Konsulluğumuzun üzvünə qarşı çirkin davranıb”.

Onun sözlərinə görə, bu səbəbdən Almaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb: “Alman diplomata kəskin şəkildə etirazımızı bildirmişik, eyni zamanda Almaniya hökumətinin bu hadisə ilə əlaqədar dərhal araşdırmaya başlamasını və İran tərəfinə lazımi açıqlama verməsini tələb etmişik”.

H. Qəşqavi həmçinin İranın Almaniyadakı səfirliyi və Frankfurtdakı Baş Konsulluğundan da məsələ ilə bağlı etiraz notaları verməsini və almaniyalı rəsmilərlə görüşməsini tələb etdiklərini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR