Bank Of Baku

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Hörmüz boğazının bağlanması planı masadadır”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Hörmüz boğazının bağlanması planı masadadır”
# 07 iyul 2012 10:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Hörmüz boğazının bağlanması planı masadadır. Ancaq İran xalqı ciddi təhdidlərə məruz qalmadığı təqdirdə, dünyanın enerji ehtiyatlarının 40%-nin keçdiyi bu boğazın bağlanmasına razı deyil”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Seyid Həsən Firuzabadi deyib.

Onun sözlərinə görə, yüz millət vəkilinin Hörmüz boğazının bağlanması ilə bağlı tələbi xalqın tələbidir: “Hazırda Hörmüz boğazının bağlanması planı gündəmdədir. Buna səbəb Hörmüz boğazının dünyadakı strateji boğazlardan biri olmasıdır. Hərbçilərin bütün variantları hər zaman hazır olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR