Bank Of Baku

Mahmud Əhmədinejad: “ABŞ Orta Şərqi işğal etmək və bölgənin neft-qaz ehtiyatlarını ələ keçirmək niyyətindədir”

Mahmud Əhmədinejad: “ABŞ Orta Şərqi işğal etmək və bölgənin neft-qaz ehtiyatlarını ələ keçirmək niyyətindədir”
# 11 iyul 2012 10:11 (UTC +04:00)
APA-nın İran mətbuatına istinadən yaydığı məlumata görə, bu fikirləri İran prezidenti Mahmud Əhmədinejad bildirib.

Onun sözlərinə görə, bu ölkə Orta Şərqdə uzunmüddətli planlar qurub və hazırda vəziyyəti öz xeyrinə çevirməyə cəhd göstərir: “ABŞ prezidenti heç vaxt xalq tərəfindən seçilmədiyi üçün bu ölkədəki xalqlar azadlıqdan məhrum olub. ABŞ-da prezident bir qrup adam tərəfindən seçilir. Məhz Əfqanıstan və İraqa hücum etmək, bölgənin neft-qaz ehtiyatlarını ələ keçirmək və Orta Şərqi işğal etmək üçün Corc Buş kimi bir adam ABŞ rəhbərliyinə gətirildi”.

M. Əhmədinejad deyib ki, bəziləri ABŞ və Avropa xalqlarının azad olduğunu düşünür: “Halbuki ABŞ-da xalqa qarşı ən pis və təzyiqli durum hakim kəsilib. Hazırda ABŞ-da pərdə arxasında bir qrup sərmayəçi 300 milyon amerikalıya və dünya xalqlarına hakim kəsilib”.

İran prezidenti vurğulayıb ki, insan ali həyat üçün yaradılıb, lakin bu hədəflər hələ özünü doğrultmayıb: “Hazırda bütün dünyada insana və insan gerçəkliyinə sırınan zülm tarixdə misilsiz olub. Quldarlıq dönəmində zülmün səviyyəsi müasir dövr ilə müqayisədə daha aşkar şəkildə olub. Hazırda istilaçı qüvvələr insan haqları, azadlıq və xalqların haqlarının müdafiəsini bəhanə edərək, xüsusilə də bir sıra yalan şüarlarla, o cümlədən firavan həyat və tərəqqini, yaxud siyasi, iqtisadi inkişafı vəd verərək tarixin ən böyük fitnəsini xalqlara qarşı işlədib. Bununla da onlar xalqların nailiyyətləri və sərvətlərini qarət edirlər”.

M. Əhmədinejad əlavə edib ki, bölgə millətləri və dövlətləri müstəqillik, azadlıq, qürur və ədalət üçün ayıq olmalıdırlar: “İnsanlıq düşmənlərinin bölgədə uzunmüddətli hədəfləri var. Fövqəlgüclər İsraili xilas etməyi qarşılarına məqsəd qoyublar. Bu gün heç bir terror aktı, böyük potensiala sahib İranı və xalqını inkişafdan saxlaya bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR