Bank Of Baku

İranın yollar və şəhərsalma naziri: “Zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün işlər sürətlə davam etdirilir”

İranın yollar və şəhərsalma naziri: “Zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün işlər sürətlə davam etdirilir”
# 18 avqust 2012 11:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İranın Şərq Azərbaycan vilayətində avqustun 11-də baş vermiş zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün işlər sürətlə davam etdirilir”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İranın yollar və şəhərsalma naziri Əli Nikzad deyib.

Nazirin sözlərinə görə, zəlzələdən zərər çəkənlər üçün tez bir zamanda evlərin tikintisinə başlanacaq: “Zəlzələ zamanı 200 kəndə böyük ziyan dəyib, 10 min ev tamamilə dağılıb. Bu ərazidə zəlzələyə davamlı evlər tikiləcək. Hökumət 20 min evin tikilməsi üçün çox uyğun şərtlərlə kreditlər də verəcək. Bu məsələdə heç bir problem olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR