Bank Of Baku

BMT baş katibi İrana səfər edəcək

BMT baş katibi İrana səfər edəcək
# 23 avqust 2012 15:12 (UTC +04:00)
APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu barədə İranın Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin baş direktoru Məhəmmədrza Furkani açıqlama verib.

Onun sözlərinə görə, BMT baş katibi avqustun 26-31-də Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI zirvə toplantısına qatılacaq.

M. Furkani zirvə toplantısına ümumilikdə yüz ölkənin qatılacağını vurğulayıb: “35 ölkə dövlət başçısı, 5 ölkə birinci vitse-prezident, prezident müavini və parlament heyəti, 21 ölkə xarici işlər nazirləri, 5 ölkə prezidentin xüsusi nümayəndəsi, iki ölkə nazir, digər ölkələr isə nazir müavini, müşavir, səfir və s. səviyyəsində toplantıda iştirak edəcək.

Sammiti 163 yerli və xarici jurnalist, operator, müxbir və fotomüxbir izləyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR