Bank Of Baku

Əli Əsgər Sultaniyə: “İranla AEBA arasında hələ də anlaşılmazlıqlar var”

Əli Əsgər Sultaniyə: “İranla AEBA arasında hələ də anlaşılmazlıqlar var”
# 25 avqust 2012 08:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranla AEBA arasında anlaşılmazlıq hələ də davam edir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə deyib.

O bildirib ki, agentlik əməkdaşları İranın bəzi hərbi obyektlərinə daxil olmaq istəyir: “Bu, ölkəmizin milli təhlükəsizliyinə aid məsələdir və həssas mövzudur. İranla AEBA arasında keçirilən görüşlərdə irəliləyişin əldə edilməsi üçün Tehranla agentlik arasında bəzi anlaşılmazlıq hələ də aradan qaldırılmayıb. Müəyyən razılaşmalara nail olmaq üçün müzakirələrin davam etdirilməsinin tərəfdarıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR