Bank Of Baku

BMT: Suriya qaçqınlarının sayı 200 mini keçib

BMT: Suriya qaçqınlarının sayı 200 mini keçib
# 25 avqust 2012 08:59 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. BMT-nin Qaçqınların işi üzrə İdarəsində qeydiyyatdan keçmiş və ya qeydiyyatı gözləyən Suriya qaçqınlarının ümumi sayı 202 512 nəfər təşkil edib. APA-nın verdiyi xəbərə görə, bunu Cenevrədə keçirilən brifinqdə İdarənin mətbuat katibi Adrian Edvards bildirib.

Onun sözlərinə görə, Türkiyədə suriyalı qaçqınların sayı 74 min nəfər, Livanda - 51 min, İordaniyada isə 61 minə çatıb.

BMT sözçüsü qeyd edib Ki, qaçqınların sayı günbəgün artır. Təkcə son 24 saat ərzində 3,5 min nəfərdən artıq Suriya vətəndaşı Türkiyə, daha 2,2 min nəfər isə İordaniyaya qaçıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR