Bank Of Baku

İsrail Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri: “İranın nüvə obyektlərinə hücum tarixi səhv olardı”

İsrail Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri: “İranın nüvə obyektlərinə hücum tarixi səhv olardı”
# 25 avqust 2012 11:36 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranın nüvə obyektlərinə hücum tarixi səhv və yersiz cəhd olar”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri, general Uzi Eilam deyib.

Onun sözlərinə görə, mövcud şərtlərdə İrana hərbi müdaxilə İraqın keçmiş prezidenti Səddam Hüseynin 1981-ci ildə “Osirak” nüvə reaktoruna təşkil etdiyi hücum kimi tarixi səhv olar. Eyni zamanda U. Eilam vurğulayıb ki, mövcud şəraitdə belə bir hücum İrandakı mövcud quruluşun daha da güclənməsi və yerli xalqın öz liderləri ətrafında birləşməsinə gətirib çıxaracaq: “Belə bir cəhd hələ də İrana qarşı tətbiq olunan sanksiyaların ortadan qalxması və uğur qazanmaq şansının zəifləməsi ilə nəticələnəcək”.
İsrailli general deyib ki, İrana hücum cəhdi bu ölkənin nüvə silahı istehsal etmək üçün mühüm addımlar atmasına daha da stimul verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR