Bank Of Baku

2010-cu ildə İranda 10 yaşından kiçik 716 qız ərə verilib

2010-cu ildə İranda 10 yaşından kiçik 716 qız ərə verilib
# 28 avqust 2012 08:20 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə İranın Uşaq Haqlarını Müdafiə Dərnəyinin rəhbəri Fərşid Yazdani açıqlama verib.

O bildirib ki, 2009-cu ildə 15 yaşından kiçik 43 min 459 qız, 10 yaşından kiçik isə 449 qız evləndirilib: “2010-cu ildə isə 10 yaşından kiçik evləndirilən qızların sayı 716 olub. Ölkədə erkən nikah hallarının çoxalması yoxsulluğun artması ilə bağlıdır. Bu isə boşanmaların sayının artmasına, intiharlara və əxlaqsızlıqlara səbəb olur”.

Qeyd edək ki, İranda 13 yaşından kiçik qızlar atalarının və məhkəmənin icazəsi ilə ərə verilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR