Tehranda Qoşulmama Hərəkatının sammiti çərçivəsində üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçirilir
28 avqust 2012 09:05 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. İranın paytaxtı Tehran şəhərində Qoşulmama Hərəkatının 16-cı sammiti çərçivəsində üzv ölkələrin xarici işlər nazirlərinin iclası başlayıb. APA-nın xəbərinə görə, iclası İranın xarici işlər naziri Əli Əkbər Salehi açıb. Nazirlərin görüşündə 100-dən çox ölkənin təmsilçiləri iştirak edir. Yığıncaq avqustun 29-da başa çatacaq.
Avqustun 30-31-də isə Tehranda Qoşulmama Hərəkatının 16-cı zirvə toplantısı keçiriləcək. İran qarşıdakı 3 il ərzində təşkilata sədrlik edəcək.
Xatırladaq ki, sammitə qatılacaq Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev rəhbərlik edəcək.

Asiya
KİV: İsrail Livanın cənubuna zərbələr endirib
07:50
15 iyun 2024
Narendra Modi Yaponiyaya səfər edəcək
05:46
15 iyun 2024
İstanbulun 15 İyul Şəhidləri Körpüsündə avtomobili ilə aksiya keçirən şəxs təslim olub, hərəkət bərpa olunub -YENİLƏNİB
00:34
15 iyun 2024
Türkiyədə yanğınsöndürən amfibiya təyyarəsi gölə düşərək batıb
17:53
14 iyun 2024