Bank Of Baku

Türkiyə prezidenti Tehran sammitində iştirak etməyəcək

Türkiyə prezidenti Tehran sammitində iştirak etməyəcək
# 28 avqust 2012 09:08 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Qoşulmama Hərəkatına üzv ölkələrin Tehranda keçirilən XVI zirvə toplantısında Türkiyənin prezidenti Abdulla Gülü iqtisadi inkişaf naziri Cevdet Yılmaz təmsil edəcək.

APA-nın İRNA-ya istinadən məlumatına görə, Qoşulmama Hərəkatına üzv olmayan Türkiyə sammitdə müşahidəçi qismində iştirak edəcək. A.Gül İran prezidenti Mahmud Əhmədinejad tərəfindən sammitdə iştirak üçün xüsusi olaraq dəvət edilib.

Qeyd edək ki, iki günlük zirvə toplantısı avqustun 30-da İranın ali dini lideri ayətullah Xamneyinin çıxışı ilə başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR