Bank Of Baku

XİN başçıları Tehran sammitinin Yekun Bəyannaməsini razılaşdırıblar

XİN başçıları Tehran sammitinin Yekun Bəyannaməsini razılaşdırıblar
# 28 avqust 2012 10:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Qoşulmama Hərəkatına üzv ölkələrin Tehranda keçirilən XVI zirvə toplantısının Yekun Bəyannaməsi üzv ölkələrin xarici işlər nazirlərinin iclasında yekdilliklə qəbul olunub. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, sənədin ilkin mətni öncədən işçi qrupları tərəfindən razılaşdırılaraq təsdiq edilib. İclasa sədrlik edən İranın xarici işlər naziri Əli Əkbər Salehi çıxışında bildirib ki, ölkəsi əsas prinsiplərə hər zaman sadiqdir: “Təməl prinsipləri beynəlxalq arenadakı mövqeyimizi müəyyənləşdirmək üçün əsas mayak hesab edirik. Bu gün qloballaşma ilə bağlı bir sıra problemlər var. İxtilaflar və qarşıdurmalar digər sahələrə də təsir edir. Ona görə də ziddiyyətləri sülh yolu ilə həll etmək lazımdır”.

Qeyd edək ki, Yekun Bəyannamədə siyasət, elm, ticarət, nüvə silahları, terror, təhlükəsizlik kimi məsələlər yer alıb. Həmçinin sənəddə müstəqil dövlətlərin daxili işlərinə qarışmaq, təhdid, terror, kütləvi informasiya vasitələrindən qərəzli məqsədlər üçün istifadə etmək, fələstinli qadın və uşaqların qətlə yetirilməsi, Suriyaya ABŞ-ın birtərəfli sanksiya tətbiq etməsi də qınanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR