Bank Of Baku

Əli Əsgər Sultaniyə: “İran nüvə enerjisindən istifadə haqqından imtina etməyəcək”

Əli Əsgər Sultaniyə: “İran nüvə enerjisindən istifadə haqqından imtina etməyəcək”
# 28 avqust 2012 13:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran bütün beynəlxalq öhdəliklərinə sadiqdir”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) nəzdindəki daimi nümayəndəsi Əli Əsgər Sultaniyə deyib.

Onun sözlərinə görə, sülh məqsədli nüvə enerjisindən istifadə və uranı zənginləşdirmək İranın inkar olunmaz haqqıdır: “Biz bu haqqımızdan imtina etmərik”.

İranın həmişə beynəlxalq öhdəliklərini yerinə yetirdiyini deyən Ə. Sultaniyə vurğulayıb ki, bu günə qədər aparılan bütün yoxlamalarda İranın nüvə fəaliyyətlərində hər hansı mənfi halla rastlaşmayıblar: “Müşahidəçilər də indiyədək heç bir problem olmadan İranın nüvə obyektlərinə baxış keçiriblər. Onlar İranın nüvə fəaliyyətlərini mütəmadi yoxlayırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR