Bank Of Baku

İraqda 254 nəfər edam olunacaq

İraqda 254 nəfər edam olunacaq
# 28 avqust 2012 15:29 (UTC +04:00)
Bakı – APA. İraq hakimiyyəti avqustun 29-da 254 nəfər haqqında verilmiş ölüm hökmlərini yerinə yetirməyə hazırlaşır. APA-nın “Əl Bəşir” portalına istinadən verdiyi xəbərə görə, bu şəxslər terrorçu fəaliyyətlə əlaqədar edama məhkum olunanlardır. Artıq eyni ittihamla ölümə məhkum olunmuş 21 nəfər haqqında qərar icra edilib.

BMT-nin məlumatlarına əsasən 2004-cü ildən bəri İraqda məhkəmələr 1,2 min nəfər barədə edam hökmü çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR