Bank Of Baku

İran AEBA müfəttişlərini Parçin hərbi-sənaye kompleksinə buraxmaq üçün əsas şərtini açıqlayıb

İran AEBA müfəttişlərini Parçin hərbi-sənaye kompleksinə buraxmaq üçün əsas şərtini açıqlayıb
# 29 avqust 2012 02:16 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinə Parçin hərbi-sənaye kompleksinə baxış keçirmələrinə icazə verməsi üçün əsas şərtini açıqlayıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə bildirib ki, agentlik müffətişlərinin Parçin hərbi-sənaye kompleksinə baxış keçirə bilməsi üçün təhlükəsizlik tədbirlərinə riayət olunması və iddia olunan sənədlərin təqdim edilməsi lazımdır. Onun sözlərinə görə, agentlik müfəttişləri iki dəfə Parçin hərbi-sənaye kompleksinə baxış keçiriblər və bu obyektdə nüvə silahına dair hər hansı bir element olmadığı onlara sübut olunub. Ə. Sultaniyə deyib ki, İranın ali dini rəhbəri, ayətullah Xamneyinin nüvə silahının istehsalının qadağan olunması barədə fətvası var: “Bundan başqa, 27 il əvvəl İran İslam Respublikasının qurucusu, ayətullah Xomeyni nüvə silahını insanlıq üçün təhlükə adlandırıb. Ona görə də İran nüvə silahı istehsal etməyə səy göstərmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR