Bank Of Baku

Abbas Əraqçi Pakistana səfər edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi

© APA | İranın xarici işlər naziri Abbas Əraqçi

# 05 avqust 2026 15:58 (UTC +04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi avqustun 7-də Pakistana səfər edəcək.

Bu barədə Pakistanın “The Nations” nəşri məlumat yayıb.

Bildirilib ki, Əraqçi səfər çərçivəsində İslamabadda Pakistan rəsmiləri ilə görüşlər keçirəcək. Danışıqlarda ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri və Yaxın Şərqdəki son vəziyyətin müzakirə olunacağı gözlənilir.

Səfər İran və ABŞ arasında gərginliyin davam etdiyi, eləcə də regionda diplomatik təşəbbüslərin intensivləşdiyi bir dövrə təsadüf edir.

Qeyd edək ki, Pakistan son dövrlərdə İranla ABŞ arasında mümkün dialoq kanallarının yaradılması istiqamətində vasitəçilik edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR