Bank Of Baku

BMT: Martın 19-dan bəri İranda milli təhlükəsizlik ittihamı ilə azı 56 nəfər edam edilib

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk

© APA | BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk

# 05 avqust 2026 15:31 (UTC +04:00)

İranda martın 19-dan bu yana milli təhlükəsizliklə bağlı ittihamlar üzrə azı 56 nəfər edam olunub.

“Reuters” xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib.

"Bu il mart ayından etibarən İranda edamların və ölüm hökmlərinin sayının artmasından ciddi narahatam. Ölüm cəzası əhali arasında qorxu yaratmaq və fərqli fikirləri boğmaq vasitəsi kimi istifadə olunmağa davam edir", – BMT rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, edam olunanlardan 27-si ilin əvvəlində baş vermiş etiraz aksiyaları ilə əlaqəli işlər üzrə mühakimə edilib. Volker Türk qeyd edib ki, daha 100-dən çox şəxs oxşar ittihamlarla ölüm hökmü təhlükəsi ilə üz-üzədir.

Volker Türk Tehranı bütün edamları dərhal dayandırmağa, ölüm cəzasının ləğvi istiqamətində addımlar atmağa və məhkəmə araşdırmalarında ədalətli məhkəmə prinsiplərinə riayət etməyə çağırıb. O, həmçinin narkotiklərlə bağlı cinayətlər üzrə edamların da "narahatedici səviyyədə" davam etdiyini əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR