Bank Of Baku

ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış baş verib, yaralananlar var - YENİLƏNİB

ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış baş verib, yaralananlar var - YENİLƏNİB
# 09 iyun 2025 08:38 (UTC +04:00)

ABŞ Hərbi Hava Qüvvələrinin Yaponiyanın Okinava adasında yerləşən bazasında baş verən partlayış nəticəsində 4 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə "Kyodo" agentliyi Yaponiyanın Müdafiə nazirliyinə istinadən məlumat yayıb.

***
08:19

ABŞ Hərbi Hava Qüvvələrinin Yaponiyanın Okinava adasında yerləşən bazasında güclü partlayış baş verib.

APA xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb.

Partlayış nəticəsində Yaponiya Özünümüdafiə Qüvvələrinin bir neçə hərbçisi xəsarət alıb.

Məlumata əsasən, hadisə bazanın daxilində Yaponiya hərbçilərinin nəzarətində olan bir obyektin ərazisində baş verib.

Müdafiə Nazirliyindən olan yüksək vəzifəli şəxs qeyd edib ki, hadisə təhlükəli sayılan döyüş sursatlarının utilizasiya əməliyyatı zamanı qeydə alınıb.

Hadisənin detalları və yaralananların vəziyyəti barədə araşdırmalar davam edir.

ABŞ tərəfi hələlik rəsmi şərh verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR