Bank Of Baku

ABŞ İsraildən İrana mümkün hücumu yumşaltmağını istəyib

ABŞ İsraildən İrana mümkün hücumu yumşaltmağını istəyib
# 23 oktyabr 2024 01:59 (UTC +04:00)

İsrailin “Kanal 13” televiziyasında yayımlanan xəbərdə ordunun İrana mümkün hücumu ilə bağlı bəzi iddialar yer alıb.

APA xəbər verir ki, adı açıqlanmayan mənbəyə istinad olunan xəbərdə ABŞ-ın İsraildən İrana mümkün hücumunu yumşaltmasını istədiyi iddia edilib.

Xəbərdə həmçinin bildirilib ki, Vaşinqton Təl-Əvivdən Livanda quru əməliyyatlarını tamamlamasını istəyib.

Bundan başqa "Kanal 12" televiziyası Tel-Əvivin İrana mümkün hücum planının hazır olduğunu və bunun bir neçə günə təşkil ediləcəyini iddia edib.

Adı açıqlanmayan İsrail rəsmilərinə istinadən verilən xəbərdə, Təl-Əvivin mümkün hücumdan sonra İranın dərhal cavab verəcəyini gözlədiyi bildirilib.

Hər iki xəbərlə bağlı İsrail rəsmilərindən heç bir rəsmi açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR