Bank Of Baku

ABŞ vətəndaşı Şimali Koreya ərazisinə icazəsiz keçib

ABŞ vətəndaşı Şimali Koreya ərazisinə icazəsiz keçib
# 18 iyul 2023 15:29 (UTC +04:00)

ABŞ vətəndaşı Cənubi və Şimali Koreyanı ayıran hərbi demarkasiya xəttini icazəsiz keçib.

APA "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT Komandanlığı (UNC) bildirib.

UNC-nin məlumatına görə, şəxs Panmunjomda yerləşən Demilitarizasiya Bölgəsindəki (DMZ) Birgə Təhlükəsizlik Bölgəsinə səfər zamanı Şimali Koreya ərazisinə keçib.

Şəxsin hazırda Şimali Koreyanın nəzarətində olduğu güman edilir.

Komandanlıq həmin şəxsin cinsi və digər təfərrüatlar barədə ətraflı məlumat verməyib.

"Biz bu insidenti həll etmək üçün KPA həmkarlarımızla işləyirik", UNC-in məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR