Adanada hakim AK Partiyanın Çukurova rayon Başkanlığı binasına edilən silahlı hücumla bağlı Adana Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ “Twitter” hesabında məlumat paylaşıb.
O, bu hücumu qınadığını bildirərək, onu törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını da vurğulayıb.
***
18:12
Adananın Çukurova rayonunda hakim AK Partiyanın binasına silahlı hücum edilib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə AK Partiyanın sədr müavini Erkan Kandemir məlumat yayıb.
"Çukurova rayon binamıza silahlı hücumu qınayırıq. İnanırıq ki, günahkar ən qısa zamanda tapılacaq" , - deyə o bildirib.