Bank Of Baku

AEBA direktoru İranla əməkdaşlığın səviyyəsini artırmaq arzusundadır

AEBA-nın baş direktoru Rafael Qrossi

© APA | AEBA-nın baş direktoru Rafael Qrossi

# 07 iyul 2023 11:09 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi İranla əməkdaşlığı daha yüksək səviyyədə görmək istədiyini deyib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Baş direktor Qrossi Yaponiyaya səfərindən sonra Milli Mətbuat Klubunda jurnalistlərə açıqlamasında deyib.

"Hazırda Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə bağlı səylər dayanıb, ona görə də bu sahədə xüsusi heç nə baş vermir. İranla əməkdaşlıq davam edir, lakin mənim görmək istədiyim səviyyədə deyil", - Qrossi bildirib.

O əlavə edib ki, müvafiq mövqeyini İran tərəfinə çatdırıb.

Qrossi xatırladıb ki, o, mart ayında İrana səfər edib. "Birgə bəyanatda biz müəyyən addımlar barədə razılığa gəldik, lakin bu razılaşmaların icrası son dərəcə ləng gedir", - o vurğulayıb və əlavə edib ki, AEBA "dünyanın bu hissəsində gərginliyin artmasının qarşısını almaq üçün razılaşmaların icrasını sürətləndirməyə çalışır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR