Bank Of Baku

AEBA İranda yeni kameralar quraşdırmağa başlayıb

AEBA İranda yeni kameralar quraşdırmağa başlayıb
# 02 may 2023 17:36 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranda yeni kameralar quraşdırmağa başlayıb.

APA xəbər verir ki, bu barədə AEBA rəhbəri Rafael Qrossi ABŞ-ın “PBS NewsHour” telekanalına müsahibəsində bildirib.

Qrossinin sözlərinə görə, agentliyin mart ayında rəsmi Tehranla əldə etdiyi razılaşmaya əsasən, İrandakı bəzi nüvə obyektlərində yeni kameraların quraşdırılması prosesinə başlanılıb.

AEBA rəhbəri prosesin bir neçə həftə çəkəcəyini bildirib və bununla da agentliyin İranın nüvə proqramı ilə bağlı gördüyü işlərə nəzarətini genişləndirəcəyini vurğulayıb.

Xatırladaq ki, ötən ilin iyununda İran bir sıra nüvə obyektlərindən müşahidə kameralarını və Natanz zavodunda real vaxt rejimində uranın zənginləşdirilməsini izləyən monitoru yığışdırıb.

Bundan sonra Qrossi AEBA-nın İranda nüvə proqramının həyata keçirilməsi prosesinin müşahidəsində yaranan boşluqdan narahatlığını bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR