Akar: “2021-ci ildə İraq və Suriyanın şimalında 988 terrorçu zərərsizləşdirilib”

Hulusi Akar

© APA | Hulusi Akar

# 08 may 2021 13:15 (UTC +04:00)

2021-ci ilin yanvarın 1-dən bu günədək İraq və Suriyanın şimalında 988 terrorçu zərərsizləşdirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

O deyib ki, Türkiyə Silahlı Qüvvələri ölkə sərhədlərində təhlükəsizliyi qorumaq üçün ən son terrorçu məhv edilənə qədər gərgin iş rejimində fəaliyyətini davam etdirəcək.

“988 terrorçunun zərərsizləşdirilməsi bizim üçün durmaq anlamına gəlməməlidir”, - deyə H. Akar qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR