İranda milyonlarla məktəbli qız zəhərlənmə riski altındadır.
APA xəbər verir ki, bu barədə “Amnesty İnternational” təşkilatının rəsmi saytında yazılıb.
Təşkilatın sözlərinə görə, İranda qızların təhsil aldığı məktəblərin qəsdən hədəfə alınaraq kimyəvi qaz balonları ilə hücumların təşkil edilməsi fonunda milyonlarla məktəbli qızın təhsil, sağlamlıq və həyat hüquqları təhlükə altındadır.
Qeyd olunub ki, ötən ilin noyabr ayından indiyə qədər minlərlə məktəbli qız zəhərlənərək xəstəxanaya yerləşdirilib.
“İranın səlahiyyətli orqanları qızların stress, həyəcan və psixoloji gərginlik kimi simptomlarını rədd edərək, təşkil olunan hücumları adekvat şəkildə araşdırıb bitirməyib”, - məlumatda əlavə olunub.