Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qırğızıstan Prezidenti Sadır Caparov arasında ikitərəfli görüş keçirilib.
APA-nın yerli bürosunun Türkiyə Prezident Administrasiyasına istinadən verdiyi xəbərə görə, ikitərəfli görüşdən sonra Türkiyə-Qırğızıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.
İclasdan sonra isə iki ölkə arasında qəbul edilən sazişlərin imzalanma mərasimi və mətbuat konfransı keçiriləcək.