Bank Of Baku

Bağdadda PUA hücumu nəticəsində 3 hərbçi həlak olub

Bağdadda PUA hücumu nəticəsində 3 hərbçi həlak olub
# 05 yanvar 2024 04:05 (UTC +04:00)

Bağdadın şərqində pilotsuz uçan aparatın hücumu nəticəsində üç hərbçi öldürülüb, beşi isə yaralanıb.

APA xəbər verir ki, bu barədə Sinxua agentliyi İraq Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Hücum günorta saatlarında baş verib. Həmçinin iki avtomobil sıradan çıxıb və hərbi qərargahın infrastrukturuna ziyan dəyib.

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin hərbi sözçüsü Yəhya Rəsul bildirib ki, “bu, açıq-aşkar hücumdur, İraqın suverenliyi və təhlükəsizliyinin kobud şəkildə pozulmasıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR