Bank Of Baku

Banqladeş BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət edib

Banqladeş BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət edib
# 19 iyun 2023 14:18 (UTC +04:00)

Banqladeş hökuməti BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət edib.

APA xəbər verir ki, bu barədə yerli “The Dhaka Tribune” nəşri yazıb.

Qeyd olunub ki, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı özündə birləşdirən beynəlxalq təşkilat olan BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət ölkənin Baş naziri Şeyx Hasina CAR Prezidenti Siril Ramafosa ilə görüşdükdən sonra göndərilib.

Qeyd edək ki, Misir, İran və Argentina da daxil olmaqla bir neçə ölkə BRİKS-ə qoşulmaq üçün artıq müraciət edib, digərləri isə qoşulmaqda maraqlı olduqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR