Banqladeşdə hökumət əleyhinə nümayişlər zamanı ölənlərin sayı 93-ə çatıb

Banqladeşdə hökumət əleyhinə nümayişlər zamanı ölənlərin sayı 93-ə çatıb
# 05 avqust 2024 03:20 (UTC +04:00)

Banqladeşdə Qurtuluş Döyüşündə iştirak edənlərin ailələri üçün ictimai kvota ayrıldıqdan sonra başlayan etirazlarda 93 nəfərin həlak olduğu bildirilir.

APA Anadolu Agentliyinə istinadən xəbər verir ki, ötən həftələrdə ictimai kvota ilə bağlı qərara qarşı etirazlarda 200-dən çox insanən həlak olmasından sonra ölkədə hökumət əleyhinə nümayişlər davam edib.

Yerli mətbuatın verdiyi məlumata görə, yenidən başlayan nümayişlərdə vergi ödəməmək və işə getməmək çağırışı ilə çıxış edən etirazçılar bəzi ictimai binalara hücum edib, ərazidəki avtomobilləri yandırıblar.

Ölkənin müxtəlif bölgələrində keçirilən etiraz aksiyaları zamanı polislə nümayişçilər arasında toqquşmalarda 93 nəfərin öldüyünü, yüzlərlə insanın yaralandığını bildiriilir.

“Dhaka Tribune” qəzetinin verdiyi məlumata görə, Daxili İşlər Nazirliyindən verilən açıqlamada Dəkkə və bəzi bölgələrdə komendant saatı elan olunub.

Bundan əlavə, hökumət ölkədə 3 günlük rəsmi tətil elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR