Hindistanın Baş naziri Narendra Modi növbəti BMT-nin İqlim Dəyişikliyi Konfransına öz ölkəsinin ev sahibliyi etməsini təklif edib.
APA-nın BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər verir ki, Baş nazir bu barədə Dubayda keçirilən COP28 konfransında çıxışında deyib.
O, COP33-ün 2028-ci ildə Hindistanda keçirilməsini təklif edib.
"Hindistan BMT-nin İqlim Dəyişikliyi Çərçivəsi prosesinə sadiqdir. Ona görə də bu mərhələdən mən COP33 Sammitini 2028-ci ildə Hindistanda keçirməyi təklif edirəm", - deyə bildirib.