ABŞ və Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin xarici əlaqələr idarələrinin rəhbərləri İranın nüvə proqramı, Suriya və strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər.
APA "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı birgə bəyanatda deyilir.
Dövlət katibi Entoni Blinkenlə qeyd olunan ölkələrin xarici əlaqələr idarələrinin rəhbərləri arasında Ər-Riyadda baş tutan görüş zamanı İran bir daha Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlığa çağırılıb.
Görüş iştirakçıları həmçinin, Ər-Riyad və Tehranın diplomatik münasibətləri bərpa etmək qərarını alqışlayıblar.
Görüş zamanı Suriyadakı böhranın siyasi həlli yolları da müzakirə edilib.