İsraildə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken Baş nazir Benyamin Netanyahu ilə görüşüb.
APA xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb.
Tel-Əvivdə keçirilən tərəflər arasında görüş qapalı keçirilib.
Qeyd olunub ki, Blinken İsrail müharibə kabinetinin üzvləri ilə də görüş keçirəcək.