BMT-nin baş katibi Antonio Quterreş 1 may tarixində Qətərin paytaxtı Dohada müxtəlif ölkələrin Əfqanıstan üzrə xüsusi nümayəndələri ilə görüş keçirəcək.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstan üzrə keçmiş xüsusi nümayəndəsi Zalmay Xəlilzad “Twitter”də yazıb.
Xəlilzad həmçinin Taliban hərəkatının formalaşdırdığı Əfqanıstanın müvəqqəti hökumətinin nümayəndələri ilə birlikdə görüləcək işlərin yol xəritəsinin hazırlanmasına çağırış edib.
Xatırladaq ki, 2021-ci ilin yazında ABŞ öz ordu birləşmələrini Əfqanıstanda çıxarmaq qərarını elan etdikdən sonra radikal Taliban qüvvələri ölkəyə nəzarəti bərqərar etmək üçün genişmiqyaslı əməliyyata başlayıb və həmin ilin 15 avqust tarixində döyüşsüz Kabilə daxil olub.
Bundan sonra isə 7 sentyabrda legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətinin tərkibini açıqlayıb.