Bank Of Baku

BMT: İndiyədək Qəzzadan 213 min nəfər təxliyə edilib

BMT: İndiyədək Qəzzadan 213 min nəfər təxliyə edilib
# 21 avqust 2024 09:59 (UTC +04:00)

İsrailin Qəzzadakı hərbi əməliyyatları nəticəsində indiyədək oradan 213 min nəfər təxliyə edilib.

APA xəbər verir ki, bu barədə hesabat BMT-nin Fələstinlə Əlaqəli Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin saytıda yer alıb.

Qurumun məlumatına görə, hazırda regionda hər kvadrat kilometrə 34 minə yaxın sakin düşür.

Qeyd edək ki, regionda vəziyyət 2023-cü il, oktyabrın 7-dən gərginləşib. HAMAS silahlılarının Qəzzanın İsrailin nəzarətindəki ərazilərinə hücumu nəticəsində 240 nəfər girov götürülüb.

2023-cü il noyabrın sonunda Misir və Qətərin vasitəçiliyi ilə elan olunan humanitar atəşkəs cəmi bir həftə davam edib. Bu müddətdə 110 nəfər girovun azad edilməsinə nail olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR