Bank Of Baku

BMT İnsan Haqları Şurası Quranın yandırılması ilə əlaqədar təcili iclas çağırır

BMT İnsan Haqları Şurası Quranın yandırılması ilə əlaqədar təcili iclas çağırır
# 04 iyul 2023 17:39 (UTC +04:00)

BMT-nin İnsan Haqları Şurası Avropada Quranın yandırılması ilə əlaqədar təcili iclas çağırır.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları Şurasının sözçüsü Paskal Sim bildirib.

Onun sözlərinə görə, təşkilat qısa müddət ərzində bu məsələni müzakirə edəcək.

“Şura bəzi Avropa ölkələrində və digər ölkələrdə "Qurani-Kərim"in təhqir olunması ilə təzahür olunan əvvəlcədən düşünülmüş və ictimai dini nifrət aktlarının həyəcanverici artımını müzakirə edəcək”, - o jurnalistlərə bildirib.

Simin sözlərinə görə, görüş Pakistanın xahişi ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bir sıra üzvləri adından keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR