Bank Of Baku

Britaniya Kabilə əlavə qoşun göndərib

Britaniya Kabilə əlavə qoşun göndərib
# 14 avqust 2021 02:55 (UTC +04:00)

Böyük Britaniya mülki əhalinin təxliyəsinə dəstək məqsədilə Əfqanıstana qoşun yerləşdirməyə başlayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, baş nazir Britaniya vətəndaşlarının ölkədən çıxarılmasının növbəti mərhələsini tezləşdirmək üçün hərbi dəstəkdən, ehtiyac yaranarsa krallıq hərbi hava qüvvələrinin təyyarələrindən istifadəyə razılıq verib.

Qeyd edək ki, bir müddət Britaniya hökuməti öz vətəndaşlarının və onlarla əməkdaşlıq edən əfqan mütəxəssislərin təxliyəsinə kömək etmək üçün Əfqanıstana təxminən 600 nəfərlik hərbi kontingent göndəriləcəyini açıqlamışdı.

“Önümüzdəki bir neçə həftə ərzində Əfqanıstan hökumətinə və 20 ildən çox bizimlə əməkdaşlıq edənlərə dəstək üçün əlimizdən gələni edəcəyik”, - deyə müdafiə naziri Ben Uolles bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR