Şimali Koreyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Cənubi Koreyanın hava məkanını növbəti dəfə pozmaq cəhdlərinə asimmetrik cavab veriləcək.
APA “Yomhap”a istinadən xəbər verir ki, bunu Koreya Respublikası Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Məlumata əsasən, Cənubi Koreya ordusu bu ayın sonuna kimi 100 ədəd PUA almağı planlaşdırır və ölkə rəhbərliyi cari ilin sentyabrında PUA əməliyyatlarına cavabdeh komandanlığın yaradılması planını təsdiqləyib.
Komandanlığın fəaliyyət dairəsinə kəşfiyyat həyata keçirmək, zərbə endirmək, düşmənə psixoloji təsir və elektron müharibə çərçivəsində əməliyyatlar daxildir.