Bank Of Baku

Cənubi Koreya prezidenti müdafiə nazirinin istefasını qəbul edib

Cənubi Koreya prezidenti müdafiə nazirinin istefasını qəbul edib
# 05 dekabr 2024 04:34 (UTC +04:00)

Koreya Respublikasının Prezidenti Yun Seok Yeol müdafiə naziri Kim Yonq Hyunun istefasını qəbul edib.

APA xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

“Bu gün prezident müdafiə naziri Kim Yonq Hyunun istefasını qəbul edib və ona vəzifəsindən istefa verməyə icazə verib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, dekabrın 4-də Kim Yonq Hyun həmvətənlərindən üzr istəyib, hərbi vəziyyətə görə məsuliyyət daşıdığını bəyan edərək istefa verib.

Ölkənin Səudiyyə Ərəbistanındakı səfiri Çoi Byung Hhyuk müdafiə naziri vəzifəsinə təklif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR