Bank Of Baku

Cənubi Koreyada daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 49-a çatıb

Cənubi Koreyada daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 49-a çatıb
# 17 iyul 2023 14:17 (UTC +04:00)

Cənubi Koreyada güclü yağışlar səbəbindən meydana gələn daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 49-a çatıb.

APA "Yonhap" agentliyinə istinadən xəbər verir ki, 10765 nəfər evindən təxliyə edilib.

Təbii fəlakət nəticəsində 200-ə yaxın ev dağılıb, 150 yol zədələnib və ya dağılıb. Daxili İşlər Nazirliyi bildirib ki, son günlər 28 600-dən çox insan işıqsız qalıb.

9 nəfər itkin düşüb, 34 nəfər isə yaralanıb.

Qeyd edək ki, güclü yağışlar artıq doqquzuncu gündür ki, davam edir. Ən böyük dağıntı ölkənin mərkəzi və cənub bölgələrində cəmləşib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR