Koreya Respublikasında güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 35 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə bazar günü Yonhap agentliyi məlumat yayıb.
Təhlükəsizlik tədbirləri və təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə mərkəzi qərargahın məlumatına görə, 33 nəfər həlak olub. On nəfər itkin düşmüş hesab olunur. 22 nəfər yaralanıb.