Bank Of Baku

Cənubi Koreyada leysan nəticəsində ölənlərin sayı 39-a çatıb - YENİLƏNİB

Cənubi Koreyada leysan nəticəsində ölənlərin sayı 39-a çatıb - YENİLƏNİB
# 17 iyul 2023 05:06 (UTC +04:00)

Cənubi Koreyada leysan yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 39-a çatıb.

APA xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb. 9 nəfər itkin düşmüş hesab olunur.

***

21.24

Koreya Respublikasında son bir həftə ərzində güclü yağışlar nəticəsində ölənlərin sayı 33-ə çatıb, daha 10 nəfər itkin düşüb.

APA xəbər verir ki, Fəlakətlərin İdarə Edilməsi və Milli Təhlükəsizlik üzrə Mərkəzi Qərargahın məlumatına görə, ölkənin cənub-şərqindəki Kyonsanqbukdo və mərkəzi Çunçonqdo əyalətində 33 nəfərin meyiti tapılıb.

Son bir həftə ərzində ümumi yağıntının 500 mm-i keçdiyi əyalətlərdə növbəti leysan xəbərdarlığı edilib.

10 nəfər hələ də itkin sayılır, onlardan doqquzu Kyonsanqbukdo əyalətindədir.

Osonq şəhərində su basmış tuneldə avtomobillərdən 7 cəsəd çıxarılıb.

13 əyalətdən 8 minədək sakin təxliyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR