Bank Of Baku

Cənubi Koreyanın yeni prezidenti Li Jae-Myonq vəzifəsinin icrasına başlayıb - YENİLƏNİB

Cənubi Koreyanın yeni prezidenti Li Jae-Myonq vəzifəsinin icrasına başlayıb - YENİLƏNİB
# 04 iyun 2025 04:14 (UTC +04:00)

Koreya Respublikasının yeni prezidenti Li Jae-Myonqun səlahiyyət müddəti iyunun 4-də başlayıb.

APA xəbər verir ki, bu barədə “Jungang Ilbo” qəzeti məlumat yayıb.

Yerli vaxtla saat 06:15 radələrində seçkilərin nəticələrinin rəsmi yekunlaşdırılması və tanınması üçün Mərkəzi Seçki Komissiyasının (MSK) plenar iclası keçirilib.

Mərkəzi Seçki Komissiyasının sədri No Taeak Li Jae-Myonqun seçildiyini elan edib və həmin anda Li Jae-Myonqun prezidentlik müddəti rəsmən başlayıb.

İnauqurasiyanın sadələşdirilmiş formada iyunun 4-də baş tutacağı gözlənilir.

***

00:17

Cənubi Koreyanın əsas müxalifətçi Demokratik Partiyasının namizədi Li Jae-Myonq növbədənkənar prezident seçkilərində qalib gəlib.

APA xəbər verir ki, bununla bağlı “Yonhap” agentliyi məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR