Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib.
APA xəbər verir ki, o, bu barədə özünün rəsmi Tvitter hesabında yazıb.
“İki bədəndə bir can, Türkiyə-Azərbaycan! Dost və qardaş ölkə Azərbaycanın Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin ildönümü mübarək. Birliyimiz, həmrəyliyimiz əbədi olsun”, - paylaşımda qeyd olunub.