Ceyms Kleverli Çinə mümkün səfərini təsdiqləyib.
APA-nın Britaniya bürosunun xəbərimə görə, Britaniyanın XİN başçısı Ceyms Kleverli Pekin ilə üz-üzə əlaqənin vacibliyini vurğulayıb və bunun üçün Çinə potensial səfər variantlarına baxdığını deyib.
Londonda ABŞ dövlət katibi Entoni Blinkenlə birlikdə mətbuat konfransında çıxış edən Ceyms Kleverli Böyük Britaniyanın Çinə qarşı xarici siyasətinin üç sütununu təkrarlayıb. Qeyd edib ki, Hind-Sakit Okean regionunda güclü dostluq və ittifaqlar qurmaq, Pekin təhlükə yaratdıqda milli təhlükəsizliyin qorunmasını gücləndirmək və birbaşa Çinlə əlaqə qurmaq Britaniyanın xarici siyasətinin əsas sütunlarındandır:
“Çin rəsmiləri ilə üzbəüz görüşlər keçirmişəm. Əlbəttə, mən potensial səfər variantlarına baxıram, lakin bu mərhələdə heç bir təfərrüat yoxdur”,- deyə nazir qeyd edib.