Çin Kommunist Partiyasının xarici əlaqələr üzrə rəhbəri ABŞ səfiri ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası məlumat yayıb.
Bildirilib ki, Partiyanın xarici əlaqələr üzrə rəhbəri Liu Jianchao ABŞ-ın Pekindəki səfiri Nikolas Börns ilə görüşüb.
Görüşdə Çin-ABŞ münasibətləri, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.