Çin Xalq Respublikasının Sədri Si Cinpin Ukrayna Prezidenti Vladimir Zelenski ilə gələn ay görüşə bilər.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər nazirinin sabiq müavini Oleksandr Çalyi üç günlük Syanşan Forumunun açılış sessiyasında bildirib.
O qeyd edib ki, son aylarda Pekin və Kiyev arasında diplomatik əlaqələr yaxşılaşıb və görüşün keçirilməsi isə mümkündür.