Bank Of Baku

Çin Rusiya və Ukraynanı bir-birinə qarşı addımlardan çəkinməyə çağırıb

Çin Rusiya və Ukraynanı bir-birinə qarşı addımlardan çəkinməyə çağırıb
# 18 iyul 2023 05:58 (UTC +04:00)

Ukraynadakı münaqişənin hər iki tərəfi bir-biri ilə əlaqə saxlamalı və beynəlxalq ictimaiyyət sülh danışıqları üçün əlverişli mühit yaratmaq üçün birlikdə çalışmalıdır.

APA xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq deyib.

“Biz sülh danışıqlarını asanlaşdırmaq üçün səylərimizi artırmalıyıq. Ukrayna böhranı hərbi yolla həll oluna bilməz, münaqişənin davam etməsi mülki şəxslərə daha çox əzab gətirəcək", -deyə diplomat bildirib.

O bildirib ki, münaqişədə iştirak edən hər iki tərəf yarı yolda bir-biri ilə görüşməli, bir-birinin narahatlığını aradan qaldıran və regional reallıqlara uyğun gələn həll yolları tapmalı, fərqli mövqeləri yaxınlaşdırmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR