Bank Of Baku

Çin Rusiyanın Ukraynada “Kinjal”dan istifadəni NATO-nun üzünə şillə adlandırıb

Çin Rusiyanın Ukraynada “Kinjal”dan istifadəni NATO-nun üzünə şillə adlandırıb
# 23 mart 2022 07:47 (UTC +04:00)

Çin mediası Rusiyanın Ukraynada “Kinjal” hipersəs raket sistemindən istifadəsinin NATO-nun üzünə şillə olduğunu yazıb.

APA-nın “Ren TV”yə istinadən verdiyi xəbərə görə, Huangqiu Shibao qəzeti silahın nüfuzetmə gücünü qeyd edib.

Martın 18-də “Kinjal” raketinin vurduğu anbar Sovet dövründə nüvə silahlarının saxlanması üçün istifadə edilirdi.

Sina.com portalı iddia edir ki, əgər Rusiya raketi hədəfi vura bilməsəydi, o zaman Qərb onun səmərəsizliyi barədə iddialar səsləndirəcəkdi.

"İndi Qərb mediasının, eləcə də Kinjalın həqiqi xüsusiyyətlərini çoxdan şübhə altına alan NATO alyansının deməyə sözü yoxdur. Bu o deməkdir ki, Kinjalın ilk döyüş təcrübəsi uğurlu olub. Ukraynaya vurulan, əslində NATO-nun üzünə şillə oldu”, - sina.com qeyd edib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hipersəs raketləri ilə Kinjal kompleksindən istifadə etməklə İvano-Frankovsk vilayətində Ukrayna qoşunlarının böyük yeraltı sursat anbarının məhv edildiyini açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR