Bank Of Baku

Çin XİN ABŞ dövlət katibinin ölkəyə səfərini təsdiqləməyib

Çin XİN ABŞ dövlət katibinin ölkəyə səfərini təsdiqləməyib
# 12 iyun 2023 13:55 (UTC +04:00)

Çin Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Entoni Blinkenin ölkəyə səfərini təsdiqləməyib.

APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.

“Rəsmi Pekin Kubadakı bazadan ABŞ-a qarşı casusluqla bağlı istifadə olunması xəbərlərini də təkzib edir”,- Venbin vurğulayıb.

Xatırladaq ki, bir sıra KİV-də ABŞ Prezident Administrasiyasındakı mənbələrə istinadən, Entoni Blinkenin iyunun 18-də Çinə səfərə hazırlaşması barədə xəbərlər yayılıb.

Blinkenin səfəri fevral ayına planlaşdırılırdı və sonradan ABŞ-ın hava məkanında raketlə vurulan Çinə məxsus hava şarı ilə bağlı insident səbəbindən səfər baş tutmadı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR